Haitililər ölkədə son illərin ən mühüm səsverməsi kimi dəyərləndirilən seçkilərdə iştirak edirlər. Yanvar ayında baş vermiş dağıdıcı zəlzələnin ardınca vəba epidemiyası ilə mübarizə aparan ölkədə 4.5 milyon adamın prezident seçkilərində səs verəcəyi gözlənilir. Seçicilər üçüncü dönəm prezidentliyə seçilmək hüququ olmayan prezident Rene Prevalın varisini müəyyən edəcəklər. 18 namizəd arasında üç adam şanslı namizəd sayılır. Sabiq birinci xanım Mirlande Maniqat, əgər seçilərsə, Haitinin ilk qadın prezidenti olacaq. Populyar əyləncə ustası Mişel Martelli iri izdihamların rəğbətini qazanıb. Nüfuzunu itirmiş hakim partiyanın nümayəndəsi Cyud Selestin də əsas namizədlərdən biri sayılır. Seçkilərin yekun nəticəsi 7 dekabradək aydın olmayacaq. Rəsmi nəticələr isə 20 dekabrda açıqlanacaq.