Accessibility links

Müsəlmanların illik Həcc ziyarəti başlayıb


Təxminən 2 milyon müsəlman zəvvar bazar ertəsi rəsmi olaraq illik Həcc ziyarətinə başlayıb. Onlar İslamın müqəddəs yeri olan Kəbə ətrafında dövrə vurduqdan sonra Məkkən çıxaraq, gecə və gündüz ibadət etmək üçün yaxınlıqdakı səhradakı çadır düşərgəsində toplaşır.

Dünyanın ən böyük dini mərasimi üç il əvvəl koronavirus pandemiyasının başlamasından bəri bu il ilk dəfə tam həcmdə başlayıb.

Həcc ziyarəti İslamın əsas beş şərtindən biridir. Fiziki və maddi imkanı olan müsəlmanlar həyatlarında heç olmasa bir dəfə beş günlük Həcc ziyarətinə getməlidir.

Zəvvarlar üçün bu, günahların bağışlanması, onları Allaha yaxınlaşdıran və dünyanın 1,8 milyarddan çox müsəlmanını birləşdirən mənəvi təcrübədir. Bəziləri illərlə pul yığaraq, bu səyahətə çıxmaq üçün icazə gözləyir.

Həcc zamanı mərasimlərdə əsasən Qurani-Kərimdə İbrahim peyğəmbər, oğlu İsmayıl və İsmayılın anası Həcər haqqında hekayələr xatırlanır.

Zəvvarlar son günlər Məkkədə Kəbə ətrafına dolanır. Bu ritual yerinə yetirildikdən sonra, bazar ertəsi zəvvarlar piyada və ya avtobuslarla Minaya yola düşərək, dünyanın ən böyük çadır şəhərlərindən birində qalacaq. Çərşənbə axşamı onlar Məhəmməd Peyğəmbərin son xütbəsini söylədiyi Ərəfat dağına getməzdən əvvəl gecə və gündüz dualar edir.

XS
SM
MD
LG