Accessibility links

Nikki Hali: ABŞ Yaxın Şərqdə artmaqda olan təhlükəyə qarşı ölçülər götürəcək


ABŞ-ın BMT-dəki səfiri İran və Hizbullah haqda danışarkən Amerikanın artmaqda olan bu təhlükəyə qarşı ölçülər götürəcəyini deyib.

BMT-nin Təhlükəsizlik Şurasının Yaxın Şərqə dair aylıq görüşündə Nikki Hali bildirib ki, əsasən də İsrail-Fələstin məsələsi olmaqla, şura regiondakı təhlükələrə daha ciddi yanaşmalıdır.

Bu gün onlar Bəşar Əl-əsədin qəddarlığına dəstək verir. Əsədin qüvvələri ilə çiyin-çiyinə döyüşənlər minlərlə mülki vətəndaşın qətlinə, milyonlarla insanın qaçqın düşməsinə səbəb olub


“Biz əsas günahkarlardan başlamalıyıq: İran və onun tərəfdaşı Hizbullah kimi...”.

Səfir bunların regionda terror əməlləri və hərbi əməliyyatları ilə sabitsizlik yaratdığını deyib.

“Bu gün onlar Bəşar Əl-əsədin qəddarlığına dəstək verir. Əsədin qüvvələri ilə çiyin-çiyinə döyüşənlər minlərlə mülki vətəndaşın qətlinə, milyonlarla insanın qaçqın düşməsinə səbəb olub” - deyə, Hali bildirib.

ABŞ-ın BMT-dəki səfiri İraq və Hizbullahı İraqda yaraqlılara təlim verdiyində, Yəməndə Huti üsyançılarını silahla təmin etməkdə günahlandırıb.

Nikki Hali
Nikki Hali



“Nə qədər ki, Təhlükəsizlik Şurası artmaqda olan təhlükəyə lazımı diqqət yetirmir, ABŞ bunun əksini edəcək” - deyə, səfir bildirib.

Halinin xəbərdarlığı ABŞ dövlət katibi Reks Tillersonun Tehranın dünya qüdrətləri ilə əldə etdiyi nüvə razılığının şərtlərinə əməl etdiyini deməsindən sonra təsadüf edir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG