Accessibility links

Halkbank ABŞ-ın cinayət ittihamlarında günahkar olmadığını bildirib


Türkiyənin Dövlət bankı olan Halkbank Manhettenin Federal Məhkəməsində İranın ABŞ sanksiyalarından yayınmasına kömək etməklə bağlı irəli sürülmüş cinayət ittihamlarında özünü günahkar tanımayıb. Banka qarşı qaldırılmış cinayət işi ABŞ və Türkiyə arasında münasibətlərin gərginləşməsinə səbəb olub.

Bank fırıldaqçılığı və çirkli pulların yuyulması da daxil olmaqla ittihamlarla bağlı akt koronavirus pandemiyası səbəbi ilə tele konfrans formatında keçirilən məhkəmə iclasında bankın ABŞ-dakı vəkili tərəfindən təqdim edilib.

ABŞ prokurorları Halkbank-ı qızıl, qida və tibb ləvazimatı ilə saxta transaksiyalar yolu ilə sanksiylardan yayınmaq üçün İran, Türkiyə və Birləşmiş Ərəb Əmirliklərində maliyyə xidmətləri və şirkətlərdən istifadə etməkdə ittiham edibrlər.

Ötən ilin oktyabr ayında açıqlanan ittihamlar prokurorların 2016-cı ildən bəri doqquz şəxsə qarşı qaldırdığı ittihamların davamı idi.

Buraya başqa bir təqsirləndirilən, 2018-ci ilin yanvar ayında eyni federal məhkəmədə mühakimə olunan keçmiş Halkbank icraçısı Mehmet Hakan Atilla da daxildir. Bu, türkiyəli qızıl ticarətiçisi Rza Zərrabın günahını etiraf edərək, ona qarşı ifadə verdikdən sonra baş vermişdi.

Atilla həbsxanadan çıxdıqdan sonra keçən il Türkiyəyə qayıdıb və İstanbul fond birjasının rəhbəri olub.

XS
SM
MD
LG