Accessibility links

Conni Hallidey dünyasını dəyişib


Fransanın məşhur rok ulduzu Conni Hallidey 74 yaşında ağ ciyər xərçəngindən dünyasını dəyişib.

Elvis Preslinin yaradıcılığından həvəslənən Hallidey 100 milyondan çox albom satıb. 1960-cı ildə ilk peşəkar konsertini verən müğənni sonradan 50 böyük tur gerçəkləşdirib.

O, Fransada daha çox tanınırdı. O qədər mühüm mədəniyyət xadimi sayılır ki, öldüyü dekabrın 6-da səhər prezident Emmanuel Makronun bəyanatı ilə açıqlanıb.

“Hamımızın içində Connidən nəsə var”, – Makron deyib.

Hallideyin harada dünyasını dəyişdiyi açıqlanmayıb.

Conni kimi tanınan müğənni 1943-cü il iyunun 15-də nasistlərin işğalı altında olan Parisdə doğulub. Atası belçikalı, anası fransız olub.

Hələlik, rok ulduzunin dəfni ilə bağlı planlar bəlli deyil.

XS
SM
MD
LG