Accessibility links

Hamburqda Böyük 20-lərin sammitindən öncə etiraz nümayişləri keçirilir


Almaniyanın Hamburq şəhərində Böyük 20-lərin sammitindən öncə qloballaşma əleyhdarları etiraz nümayişləri keçirir. Almaniya kansleri Angela Mekel bazar günü bildirib ki, dünya liderləri öz rifahları deyil, davamlı və hərtərəfli iqtisadi inkişaf məsələsinə diqqət ayırmalıdır.

Həftəlik müraciətində kansler Merkel bildirib ki, Böyük 20-lərin sammiti sərvətlərin bərabər bölüşdürülməsi və resurslardan istifadə kimi etiraz nümayişçilərinin qaldırdığı məsələlərlə məşğul olacaq. O eyni zamanda, iqlim dəyişikliyi, azad bazarlar, istehlakçıların müdafiəsi və sosial standartlara əməl olunması kimi məsələlərin də diqqət mərkəzində olacağını deyib.

Sentyabrın 24-də dördüncü dəfə kansler seçilmək üçün seçkilərə qatılacaq Merkel sammitdə qaldırılacaq məsələləri qeyd edib.

“Biz resurslarımızdan necə istifadə edirik? Sərvətlərin bərabər bölüşdürülməsi qaydaları nədən ibarətdir? Bu prosesdə nə qədər insan iştirak edir? Bundan nə qədər ölkə faydalanacaq?”

Merkel nümayişləri qeyd etmədən bu qeyri-ənənəvi məsələlərin Böyük 20-lərin sammitinin gündəliyinə salındığını bildirib.

Biz resurslarımızdan necə istifadə edirik? Sərvətlərin bərabər bölüşdürülməsi qaydaları nədən ibarətdir? Bu prosesdə nə qədər insan iştirak edir? Bundan nə qədər ölkə faydalanacaq?”
Angela Merkel

Bazar günü Hamburqda təxminən 10 min insan qarşıdan gələn sammitə etiraz bildirmək üçün nümayiş keçirib. Bu, növbəti günlər ərzində keçiriləcək 30 etiraz nümayişindən biridir.

Bu nümayişlərin bir hissəsi Trampın siyasəti, o cümlədən, Amerika prezidentinin ABŞ-ı 2015-ci ildə Parisə əldə edilmiş iqim sazişindən çıxarmasına etiraz xarakteri daşıyır.

Adətən dünya liderlərinin toplaşdığı sammitlər təhlükəsizliyə nəzarətin daha asan olduğu istirahət güşələrində keçirilir.

Almaniyanın ikinci ən böyük şəhəri olan Hamburqda iyulun 7-8-i keçiriləcək sammitdə təhlükəsizliyin təmin edilməsinə 21 min polis işçiçi cəlb olunub.

XS
SM
MD
LG