Accessibility links

Hanford nüvə obyektində radioaktiv tullantılarla dolu vaqon aşıb


Amerikanın Vaşinqton ştatında, nüvə obyektində, yeraltı tuneldə rels üzərində radioaktiv tullantılarla dolu vaqonun aşmasından sonra yüzlərlə işçinin təcili evakuasiya edilməsi elan edilib.

Hanford Nüvə Rezervasiyasında rəsmilər heç bir radiasiya sızması müşahidə etməyib və hadisə baş verən an artıq tuneldə adam olmayıb.

Hadisənin baş vermə səbəbi hələlik məlum deyil.

Hanford nüvə obyekti 2-ci Dünya Müharibəsinə son qoyan plutonium bombasını isthesal etmək üçün istifadə olunub. Bu obyektin sonuncu reaktoru 1987-ci ildə bağlanıb. Lakin obyekytdəki çənlərdə milyonlarla tullantı qalmaqdadır.

Qəza gündəlik yoxlama zamanı aşkar edilib və hadisənin 1980-ci ildən bəri davam edən və 2 milyard dollara başa gələn geniş təmizləmə prosesi zamanı baş verdiyi ehtimal olunur.

Bu işin 2060-cı ilədək davam edəcəyi və bütün prosesin 100 milyard dollara başa gələcəyi gözlənilir.

Hanford obyektində 2016-cı ildə nəhəng nüvə çənində sızma baş vermişdir. Obyektin keçmiş işçisi bu sızmanı fəlakətli hadisə kimi təsvir edib.

XS
SM
MD
LG