Accessibility links

Amerikada ekstremal hava şəraiti davam edir


Amerikada ekstremal hava şəraiti davam edir
please wait

No media source currently available

0:00 0:02:29 0:00

Birləşmiş Ştatların böyük bir hissəsində şaxtalı hava şətaiti hökm sürür. Mərkəzi bölgələrdə temperatur rekord dərəcədə şaxtalı olduğuna görə idarələr və məktəblər bağlanmalı olub. Rəsmilər sakinlərə cəmi bir neçə dəqiqəyə dona biləcəkləri barədə xəbərdarlıq edib.

Minneapolis və Minnesotada küləklə müşayiət olunan şaxtalı hava selsi ilə mənfi 20 dərəcəyə düşsə də, küçələr o qədər də boş olmayıb. Çox soyuqdur. Əvvəllər heç vaxt belə şey görməmişdim. Lakin pis deyil. Bu, Minnesotada yaşamağın bir hissəsidir” - deyə, Minneapolis sakini Kelvin Vaymerskörç bildirir.

Qarşıdan gələn bir neçə gün ərzində Birləşmiş Ştatların 70 faizi, yəni 200 milyondan çox insan şaxtalı hava şəraiti ilə üzləşməkdə davam edəcək. Ölkənin şimal-şərqində təxminən 25 milyon insan isə daha kəsin şaxta, don vurma ilə üzləşə bilər. İndianapolis şəhərinin meri Co Hoqsett: “Bu o deməkdir ki, şaxtalı temperatur küləklə birlikdə çox təhlükəli ola bilər.”

İndianapolis şəhərinin meri Co Hoqsett və mərkəzi bölgələrin digər rəsmiləri sakinləri ehtiyatlı olmağa çağırıb. “Əgər küçəyə çıxırsınızsa, bürünün. Nəzərə alın ki, donma riski çox yüksəkdir.”

Səhiyyə rəsmiləri səfərə çıxanlara fövqəladə vəziyyətlərə hazır olmaları barədə xəbərdarlıq edib. Klivlend xəstəxanasının həkimi Tom Voters:Biz kiminsə avtomobilində ilişib qaldığı barədə məlumatları eşidir, lakin bunun bizimlə baş verə bilməyəcəyini düşünürük. Lakin qız mövsümündə avtomobilinizdə təhlükəsizlik vasitələrinin olmasından əmin olmalısınız. Məsələn, ədyal, bir dəfə istifadə edilə biləcək qızdırıcı kimi vasitələrdən.”

İllinoys, Miçiqan və Viskonsinin qubernatorları bu ştatlarda fövqəladə vəziyyət elan edib. Bəzi bölgələrdə məktəblər, poçt idarələri və digər ictimai xidmət idarələri bağlanıb. Təmir briqadaları təcili çağırışları yerinə yetirmək üçün əllərindən gələni edir. Detroyt şəhərinin "Su və Kanalizasiya İdarəsi"ndən Brayan Penkinpaq: “Hazırda Detroyt şəhərində 26 su borusu partlayıb. İstər çox isti, istərsə də çox soyuq olanda su anbarlarında sızma riski artır.”

Meteoroloqlar belə soyuq hava şəraitini Şimal Qütbündəki hava burulğanının dağılması ilə izah edir. Onların dediyinə görə, Şimali Afrikadan qaynaqlanan isti hava soyuq havanı sıxışdıraraq Şimali Amerikadan Floridanın cənubuna qədər yayıb.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG