Accessibility links

Bakıda yenə qar yağacaq, yollar buz bağlayacaq


Qar
Qar

Azərbaycanda qarlı və soyuq hava şəraiti davam edəcək. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti xəbərdarlıq yayaıb.

Xəbərdarlıqda deyilir ki, dekabrın 17-də Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi güclənəcək, 17-si axşama doğru, 18-də gecə və səhər bəzi yerlərdə yağış, sulu qar, qar yağacaq. Gecə və səhər yollar buz bağlayacaq.

Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, dekabrın 17-də Bakıda və Abşeron yarımadasında axşama doğru bəzi yerlərdə yağış, sulu qar, qar yağacaq. Səhər zəif duman və çiskin olacaq. Mülayim şimal-qərb küləyi əsəcək, arabir güclənəcək.

Abşeron yarımadasında gecə 0-3 dərəcə şaxta, gündüz 0-3 dərəcə isti, Bakıda gecə 0-2 dərəcə şaxta, gündüz 1-3 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında dekabrın 17-də bəzi yerlərdə yağış, sulu qar, qar yağacaq, intensiv olacaq. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Gecə 1-6 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti, dağlarda gecə 9-14,gündüz 0-5 dərəcə şaxta olacaq.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG