Accessibility links

Maui yanğınında ölənlərin sayı 106-ya çatıb


Maui dairəsi bir həftə əvvəl tarixi Lahaina şəhərini viran qoyan və ölənlərin sayını 106-ya çatdıran meşə yanğınlarında ölənlərin adlarını açıqladığından sonra çərşənbə axşamı cəsədləri müəyyən etməyə çalışan Havay rəsmilərinə yardım üçün mobil meyitxana bölməsi göndərilib.

Dairə iki qurbanın adını açıqlayıb. Onlar Lahaina sakinləri - 74 yaşlı Robert Daykman və 79 yaşlı Baddi Yantokdur. Daha üç qurbanın şəxsiyyətinin müəyyən edildiyi bildirilib.

Həmin adlar dairə onların yaxın qohumlarını müəyyən etdikdən sonra açıqlanacaq.

ABŞ Səhiyyə və İnsan Xidmətləri Nazirliyindən Conatan Qrinin bildirdiyinə görə, cəsədlərin müəyyən edilməsi üçün masalar, rentgen qurğuları və digər avadanlıqlarla yanaşı, bölgəyə koronerlər, patoloqlar və texniklərdən ibarət bir qrup yerləşdirib.

"Bu, çox, çox çətin bir missiya olacaq. Və qurbanların sayına görə səbir inanılmaz dərəcədə vacib olacaq" - deyə, Qrin bildirib.

Tarixi Lahainada baş verən yanğından bir həftə sonra sağ qalanların çoxu məcburi köçkünlər üçün ayrılmış mehmanxanalara köçməyə başlayıb. Onlara dayanmadan yemək, buz, su və digər zəruri əşyalar çatdırılır.

Maui dairəsinin çərşənbə axşamı verdiyi açıqlamada, meyit itlərindən istifadə edən ekipajlar ərazinin təxminən 32%-ni təmizləyib.

Maui Polis İdarəsinin rəisi Con Pelletyer itkin düşən qurbanların qohumlarından DNT nümunələri təqdim etmələrini istəyib. Dairənin bəyanatında indiyədək 41 nümunə təqdim edildiyi, cəsədlərin 13-dən DNT profili əldə edildiyi bildirilib.

Qubernator daha çox cəsədin tapıla biləcəyi barədə xəbərdarlıq edib. Keçən həftə Maui adasında baş verən yanğın ABŞ-da son bir əsrdə ən ölümcül meşə yanğınıdır. Onların səbəbləri araşdırılırdı.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. G7 liderləri Ukraynaya 50 milyard dollar kredit vermək planını qəbul edib
please wait

No media source currently available

0:00 0:09:10 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukrayna sülh sammiti. Azərbaycan və İran münasibətlərinin perspektivi.
please wait

No media source currently available

0:00 0:30:08 0:00
XS
SM
MD
LG