Accessibility links

Dünya boyu 85 milyon qadın istəmədən hamilə qalır [Video]


Birləşmiş Ştatlar hökumətinin statistikasına görə, dünya boyu hamiləliyin 40 faizi ya istəmədən, ya da planlaşdırılmadan baş verir. Lakin hamilələliyin qarşısının alınmasının çarəsi var və bu çarə artıq 50 ildən çoxdur mövcuddur.

Hamilə qalmamaq üçün kontroseptivlər Birləşmiş Ştatlara qadınlar və millətdə sürətli dəyişikliklər baş verdiyi zaman gəldi.

Demək olar ki, bir gecə ərzində ailələrə uşaqlarının istədikləri sayda olmalarına nəzarət etmək imkanı verildi. London Kollecindən Con Gillebad: “Hələ ilk dəfə bu dərmanı qadına verib deyəndə ki, “bunu qəbul edin və lazımi qədər qəbul etsəniz hamilə qalmayacaqsınız. Demək olar ki, heç bir uğursuzluq müşahidə edilmirdi. Biz indi başa düşürük hormonlardan normaldan çox istifadə edilirdi."

Lakin belə bir dəyişiklik o qədər də müsbət qarşılanmadı, çünki Vyetnam müharibəsinin təsirinə məruz qalan xalq etiraz etdi. Həm də mədəniyyətin dəyişikliklərlə üzləşdiyi bir vaxt. “Bu həblərin meydana çıxması insanlara uşaq istəmədən sekslə məşğul olmaq imkanı verirdi. Qızğın 60-cı illərdə bu trend populyar idi. Müəyyən mənada bu, cəmiyyətdə baş verən dəyişikliyin xülasəsi idi" deyə, Con Gillebad bildirir.

Lakin belə bir həbərin mövcudluğuna baxmayaraq, dünyada 85 milyon qadın istəmədən və ya planlaşdırmadan hamilə qalır.

BMT-nin bu yaxınlarda açıqladığı araşdırmada bildirilib ki, dünya boyu 200 milyona yaxın qadın hamiləliyin qarşısını alacaq dərmanlardan istifadə etmək istəyir, lakin həmin kontroseptivləri əldə edə bilmir. Araşdırmada eləcə də, Afrika ölkələrində də kontroseptivlərdən istifadə etmək istəyən 60 faiz insanın bu həbləri ala bilmədikləri deyilib.

XS
SM
MD
LG