HƏMAS-ın idarə etdiyi Qəzza zolağının səhiyyə orqanları İsrailin bazar günü axşam saatlarında Qəzzanın mərkəzindəki qaçqın düşərgəsinə endirdiyi hava zərbəsi nəticəsində azı 70 nəfərin öldüyünü bildirib.
İsrail ordusu Məğaziyə edilən hücumu araşdırdığını bildirib və HƏMAS silahlı qruplaşmasını məhv etmək üçün apardığı müharibədə mülki əhaliyə dəyən zərəri minimuma endirmək öhdəliyini bir daha təkrarlayıb.
İsrail həmçinin əsgərləri arasında daha bir neçə itkinin olduğunu, cümə günündən bəri həlak olanların sayının 17-yə, Qəzzada yerdən əməliyyata başlayandan bəri isə ölən İsrail əsgərlərinin ümumi sayının 156-ya çatdığını bildirib.
Qəzza Səhiyyə Nazirliyinin məlumatına görə, İsrailin quruda əməliyyatlara əlavə olaraq, minlərlə hava zərbələrini əhatə edən hücumu nəticəsində Qəzzanın böyük hissəsini xarabalığa çevirib və 20400 fələstinlinin həyatına son qoyub.
Döyüşlər həmçinin Qəzzanın 2,3 milyon əhalisinin əksəriyyətini köçkün vəziyyətinə salıb. Onların çoxu Qəzzanın cənubunda BMT-nin idarə etdiyi izdihamlı sığınacaqlarda yer tapmağa tapmağa çalışır.
İsrailin baş naziri Benyamin Netanyahu bazar günü İsrail qüvvələrinin HƏMAS-ı məhv edənə və təhlükəsizliyi bərpa edənə qədər onun dediyii kimi, "uzun bir müharibənin" davam edəcəyini vəd edib.
Ümumdünya Səhiyyə Təşkilatının rəhbəri Tedros Adhanom Gebreyesus bazar günü Qəzzada səhiyyə sisteminin dağıldığını bildirib və atəşkəs çağırışını təkrarlayıb.
Ümumdünya Səhiyyə Təşkilatının dekabrın 20-nə olan məlumatına görə, Qəzzada xəstəxanalar və təcili yardım maşınları da daxil olmaqla, səhiyyə xidmətlərinə 246 hücum qeydə alınıb, nəticədə 582 nəfər ölüb, 748 nəfər yaralanıb.
Forum