Bundan sonra Birləşmiş Ştratlarda tərkibində narkotik olan ağrıkəsici dərmanların üzərində ciddi asılılıq və ölüm halları kimi yan təsirlər barədə xəbərdarlıq olacaq. Xəstəliklərə Nəzarət Mərkəzi keçən həftə belə opidoid ağrıkəsicilərin asılılığa yol açdığını bildirib.
Birləşmiş Ştatların Qida və Dərman Administrasiyası opioid ağrıkəsici dərmanların istifadəsi ilə bağlı potensial risklər barədə xəbərdarlıq edərək, həkim və xəstələrin bu barədə maarifləndirilməsinə və həmin dərmanların üzərində təhlükəsizlik etiketlərinin vurulmasına çağırıb. Qida və Dərman Administrasiyası bu kimi dərmanlardan sui-istifadə, narkomaniya, artıq doza və ölüm kimi ciddi risklər haqqında məlumat verilməsini tələb edib.
Birləşmiş Ştatlar Xəstəliklərə Nəzarət Mərkəzi reseptlə verilən narkotikli dərmanların ölkənin səhiyyə sistemində böyük böhrana səbəb olduğunu deyir. Mərkəzin dediyinə görə, nə qədər çox insan reseptlə narkotik ağrıkəsici alırsa, heroin kimi narkotik maddələrə aludə olanların sayı artır və bu artıq epidemiya halını alıb. Təşkilat həkimlər və xəstələri ağrının azalması üçün alternativ yollar axtarmalarını məsləhət görür.
Vaşinqton ştatının Siyetl şəhərindəki Sağlamlıq Araşdırmalar İnstitutunun alimləri başqa yollara əl atır. “Xroniki ağrıların və bel ağrılarının dərrakə ilə birbaşa əlaqəsi olduğu məlum olub” deyə, təhqiqatçı alim Daniel Çirkin bildirir.
Alimlər ağılla ağrının iki yolla müalicəsi üzərində işləyir. Onlardan biri idrakla-davranış terapiyasıdır. “İdrakla-davranış terapiyası insanlara ağrı haqda düşünmək və ağrını hansı hərəkətlərlə azaltmaq yollarını öyrədir.”
Digəri isə zehni terapiyadır ki, bu, yoqa və meditasiya yoludur. “Zehni terapiya insanların ağrıları barədə daha çox məlumatlandırılmasına, ağrılara daha çox dözümlü olmalarına və ağrının azalması yollarını axtarmağa yardım edir.”
Bu araşdırmalarda bel ağrıları olan 300-dən çox könüllü iştirak edib. “Bu araşdırmaların üstünlüyü ağrıların azaldılması və hərəkətlərin bərpasından ibarətdir.”
Doktor Çirkin diqqət və zehnin xəstələrə xroniki ağrılarının azaldılmasına yardım edə biləcəyini deyir.