Accessibility links

Zaqataladakı silahlı insidentə görə daha bir nəfər saxlaınılıb


Həbs
Həbs

Hazırda cinayət işi üzrə istintaq davam edir

Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsi Zaqatala rayonunda baş verən silahlı insidentlə bağlı açıqlama yayıb.

Baş Prokurorluğun mətbuat xidmətindən Amerikanın Səsinə verilən məlumata görə , noyabrın 24-də Zaqatala rayonunda 3 nəfərin qətlə yetirilməsi və 1 nəfərin xəsarət alması faktı ilə əlaqədar başlanmış cinayət işi üzrə hadisənin digər iştirakçısı Bədəlov Raqib dekabrın 9-da saxlanılıb.

Qeyd edilən cinayətləri törətmələrində əsaslı şübhələr olduğundan Samir Osmanov, Vüqar Layıcov, Sabir Osmanov, Royal Saramanov, Pərviz Qarayev, Vüsal Əliqayev, Aydın Sayılov və Ömər Orucova Cinayət Məcəlləsinin 120.2.1 (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə), 120.2.2, 120.2.7 (iki və ya daha çox şəxsi qəsdən öldürmə), 29, 120.2.1, 120.2.2, 120.2.7, 221.3 (xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) və 228.2.1-ci (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələrində nəzərdə tutulan ittiham elan olunub və barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində istintaq davam etdirilməklə cinayətin digər iştirakçılarının müəyyən edilərək istintaqa cəlb edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
XS
SM
MD
LG