Accessibility links

Daha bir AXCP fəalı həbs edilib


Vasif Müzəffərov
Vasif Müzəffərov

“Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Xətai rayon Gənclər Təşkilatının fəalı Vasif Müzəffərov fevralın 22-də yaşadığı evdən çıxarkən Xətai rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb. Onun telefonu əlindən alınıb və facebokk səhifəsini siliblər”. Bu barədə Amerikanın Səsinə AXCP sədrinin müavini Gözəl Bayramlı bildirib.

Onun sözlərrinə görə, fevralın 23-də Xətai rayon Məhkəməsi polisin qanuni tələbinə tabe olmama ittihamını əsas götürərək fəal barədə 30 sutka inzibati həbs qərarı verib.

“Bu AXCP-yə qarşı aparılan repressiya siyasətinin davamıdır. Fəala qarşı irəli sürülən ittiham əsassız və siyasidir. O facebook statuslarına görə həbs edilib”, Bayramlı qeyd edib.

Polis hələ fəalın həbsi ilə bağlı aşıqlama verməyib.

Xatırladaq ki, son 2 həftədə, - 7 fevraldan - 23 fevraladək AXCP-nin 8 fəalı həbs olunub. Onlardan 6-sı barədə polisin qanuni tələbinə tabe olmama ittihamı ilə 30 sutka inzibati həbs seçilib. 1 fəal barəsində 24 sutka, digəri barəsində isə 3 aylıq həbs qətimkan tədbiri seçilib.

XS
SM
MD
LG