Accessibility links

Vəkil Mehman Hüseynovla görüşüb


Elçin Sadıqov və Mehman Hüseynov
Elçin Sadıqov və Mehman Hüseynov

Martın 6-da bloger Mehman Hüseynovun vəkili Elçin Sadıqov Şüvəlan Təcridxanasında onunla görüşüb.

Vəkil facebook səhifəsində yazıb ki,həmişəki Mehmandır, əhvalı yüksəkdir, zarafat-"prikollarından" qalmır.

"Artıq Mehmanı kameraya yerləşdiriblər. Kamerada 5 nəfərdilər. Yerləri darısqal deyil. Şəraitdən razılıq etdi. Kamerada kabinet-sanitar qovşaq, televizor var. Yerli telekanalları izləyə bilir. Təcridxanada onunla rəftardan da hər hansı narazılıq bildirmədi. Bütün dost-tanışa, ondan ötrü narahat olanlara çoxlu salam dedi. Hər kəsin möhkəm olmasını, onun həbsinə görə sıxıntı çəkməmələrini arzulayır”, Sadıqov qeyd edib.

Mehman Hüseynov martın 3-də Suraxanı Rayon Məhkəməsinin hakimi Ceyhun Qədimovun çıxardığı hökmlə 2 il azadlıqdan məhrum edilib. Onu Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayevin xüsusi ittiham qaydasında şikayəti əsasında həbs ediblər.

M.Hüseynov bu il yanvarın 9-da axşam saatlarında saxlanılıb. Polisin qanuni əmrinə tabe olmamaqda günahlandırılan bloğer bir gün sonra 200 manat cərimə edilməklə sərbəst buraxılıb.

Nəsimi Rayon Məhkəməsinin qərarında bloğerin 200 manat cərimə edilməsi ilə yanaşı, onun şikayətinin prokurorluqda araşdırılması da əksini tapıb.

M.Hüseynov sərbəst buraxıldıqdan sonra polisdə işgəncələrə məruz qaldığını bildirib.

Yanvarın 11-də M.Hüseynovun vəkili onun bədənində xəsarət yerlərinin və paltarında qan ləkələrinin əks olunduğu fotoları yayıb.

Daxili İşlər Nazirliyi bloğrə polisdə işgəncə verilməsi ilə bağlı deyilənləri əsassız sayıb. Bundan sonra Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayev xüsusi ittiham qaydasında blogeri məhkəməyə verib. Onun şikayətində M.Hüseynovun polisə böhtan atdığı bildirılir.

Mehman Hüseynov 104 240 izləyicisi olan blogerdir. Onun yüksək vəzifəli dövlət məmurlarının, deputatların villaları barədə yaydığı və başqa video repotajları yüz minlərlə insan tərəfindən izlənilib. Bu reportajlar sosial şəbəkəklərdə geniş müzakirə mövzusu olub, bahalı villaların sahiblərinin gəlirləri barədə hesabat istənilib. Onun SANCAQ production səhifəsində yaydığı son küçə sorğusu da populyar olub. “Ölkəni kim idarə etməlidir? Prezident yoxsa vitse-prezident?” (https://www.facebook.com/Sancaq.biz/?hc_ref=PAGES_TIMELINE&fref=nf) adlı sorğuya yüz minlərlə insan baxıb, yalnız facebokda bu videonu 2.796 insan paylaşılıb.

Vəkil Elçin Sadıqov martın 6-da Mehman Hüseynovun həbsindən apellyasiya şikayəti verib.

O bildirib ki, apellyasiya şikayətində M.Hüseynova bəraət verilməsi istənilir.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG