Accessibility links

Emin Aslan 30 sutka həbsə məhkum edilib


Bakının Nərimanov rayon Məhkəməsi hakim Rəşad Abdulovun sədrliyi ilə Emin Aslan barədə 30 sutka inzibati həbs qərarı qəbul edib. O, İnzibati Xətalar Məcəlləsinin 535.1 maddəsi ilə (Polisin qanuni tələbinə tabe olmamaq) ittiham olunub. Bu barədə vəkil Elçin Sadıqov facebook səhifəsində məlumat yayıb.

Vəkil orderini təqdim etməsinə baxmayaraq məhkəmə prosesinə buraxılmayıb.

***

Cəmi 4 gün öncə Amerika Birləşmiş Ştatlarında (ABŞ) ali hüquq təhsilini başa vurub Bakıya dönən hüquqşünas Emin Aslanın yeri məlum olub.

Hüquq müdafiəçisi Anar Məmmədli özünün Facebook səhifəsində qeyd edib.

“Vekil Elçin Sadıqova MCMİ-den (Bandotdel) Emin Aslanın orada olduğunu təsdiq ediblər. Ancaq ona Eminlə görüş icazəsi verilməyib" - deyə, o yazıb.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

***

İyunun 4-də hüquqşünas Emin Aslanı saxlayanların olduğu "Mercedes" markalı "90 XG 017" dövlət nömrə nişanlı avtomobil Teymurov Mehman Vaqif oğluna məxsusdur. Bu barədə jurnalist Xədicə İsmayılova öz Facebook səhifəsində yazıb.

Onun sözlərinə görə, Mehman Teymurov Daxili İşlər Nazirliyinin Narkotiklərə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı olub.

Sonradan o, 2015-ci ildə Nardaranda həyata keçirilən xüsusi əməliyyatda DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqıla Mübarizə İdarəsinin (BMCMİ) əməliyyatçısı kimi iştirak edib.

Xədicə İsmayılova buna əsaslanaraq hesab edir ki, Aslan BMCMİ-də saxlanılır.

Hüquq müdafiəçisi Anar Məmmədli isə Facebook səhifəsində yazır ki, iyunun 5-də saat 13 radələrində vəkil Elçin Sadıqov yenə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə getsə də, ona Emin Aslanın ora gətirilməsi barədə dəqiq məlumat verməyiblər.

“Ancaq böyük ehtimalla Emini orada saxlayırlar. Vəkil həmin idarənin yerləşdiyi ərazi üzrə Nərimanov rayon Məhkəməsinə gedərək, Eminin vəkili olduğunu bildirib. Ümid edək ki, Emini məhkəməyə gətirsələr xəbərimiz olacaq”, o qeyd edib.

Emin Aslan ABŞ-dan qayıtdıqdan bir neçə gün sonra iyunun 4-də saxlanılıb. O Syracuse Universitetinin hüquq elmləri magistrı diplomunu alıb. Emin Aslan hüquqların müdafiəsi sahəsində fəaliyyəti ilə məşhurdur.

Emin Aslana qarşı hansı iddianın ola biləcəyi də hələ aydın deyil.

Rəsmi qurumlar hələ hər hansı şərh vermir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG