Accessibility links

Həbsdə olan Fuad Əhmədlinin atası həbs edilib


Zəfər və Fuad Əhmədli
Zəfər və Fuad Əhmədli

Hüquq müdafiəçiləri tərfəindən siyasi məhbus kimi tanınan AXCP fəalı Fuad Əhmədlinin atası Zəfər Əhmədov iyulun 27-də həbs edilib. Zəfər Əhmədov da AXCP fəalıdır və sosial şəbəkələrdə iqtidarın siyasətinin sərt tənqidçilərindəndir.

AXCP-nin məlumatında deyilir ki, Zəfər Əhmədov bu gün saat 15 radələrində evində olarkən həbs edilib.

“Zəfər Əhmədov bu gün ailəsi ilə istirahətdən qayıdıb. O evinə çatan kimi polsilər tərəfindən dəvət olunub və Xətai rayon Məhkəməsinə aparılıb. Məhkəmə onu küçədə inzibati qaydanı pozmaqda və polisin qanuni tələbinə tabe olmamaqda ittiham edərək inzibati qaydada 30 sutka həbsə məhkum edib”, partiyanın məlumatında deyilir.

“Zəfər Əhmədovun oğlu, gənc cəbhəçi Fuad Əhmədlini şərləyib həbs ediblər, 2 ildir ki, siyasi məhbusdur. Ancaq ürəkləri soyumayıbmış. Bu gün Zəfər bəyin özünü də şərləyib 30 sutka müddətinə həbs ediblər.
O tolerantlıq deyilən ixrac üçün, xaricə satmaq üçündür. Xalqımızla isə hələ ki, yaxşı halda dəyənək və həbs, pis halda güllə və işgəncə ilə öldürmək dilindә danışırlar”, AXCP sədri Əli Kərimli facebook səhifədsində yazıb.

Rəsmi qurumlar Fuad Əhmədovun həbsinin səbəbləri ilə bağlı hələ məlumat yaymayıb.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG