Accessibility links

“Siyəzən məhbusları” kimi tanınan şəxslərin şikayəti üzrə cinayət işi qaldırılmayıb


Baş prokurorluq
Baş prokurorluq

Baş Prokurorluq Siyəzən hadisələri ilə bağlı tutulan şəxslərin işgəncəyə məruz qalmaları barədə şikayəti üzrə cinayət işi başlamaqdan imtina edib. Bu barədə vəkil Elçin Sadıqov bildirib.

Onun sözlərinə görə, Siyəzən hadisələri zamanı həbs edilənlərdən Nizami Qəniyev, Zaur Şəkərov və Coşqun Bəgişov Siyəzən rayon Polis İdarəsində saxlanılarkən işgəncəyə məruz qalıb.

“Onlar işgəncəyə, qeyri-insani və insan ləyaqətini alçaldan rəftara məruz qalıblar. Bununla bağlı araşdırma aparılması üçün Baş Prokurorluğa müraciət etmişdik. İşgəncə faktları üzrə cinayət işinin açılmasını istəmişdik. Ancaq baş prokurorun birinci müavini Rüstəm Usubov cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar qəbul edib. Qərar bizə yeni təqdim edilib”, vəkil bildirib.

Oktyabrın 23-də 3 saylı İstintaq Təcridxanasında Siyəzən məhbusları ilə görüşən vəkil işgəncə iddiası ilə bağlı bundan sonra atılacaq addımları müzakirə edib.

“Prokurorluğun qərarını qanunsuz hesab edirik. Bu günlərdə həmin qərardan Səbail rayon Məhkəməsinə şikayət edəcəyik”.

Vəkil həmçinin Siyəzən olaylarında həbs edilənlərdən Nizami Qəniyevin səhhətində ciddi problemlərin olduğunu bildirib.

2016-cı il yanvarın 12-də Siyəzəndə bir sıra ərzaq mallarının bahalaşamasına etiraz olaraq bir qrup sakin aksiya keçirib. Rayon icra hakimiyyəti etirazçılara tələblərinin yerinə yetiriləcəyi ilə bağlı söz verib, bundan sonra sakinlər dağılışıb. Gecə saatlarında bir çox etirazçı saxlanıb.

Yanvarın 13-də onların azad olunmaları tələbi ilə aksiya keçirilib, insident yaranıb, yenidən bəzi şəxslər saxlanıb və onlardan 11 nəfər məhkəmə qarşısına çıxarılıb.

Quba rayon Məhkəməsi bu il martın 29-da keçirilən prosesdə 11 nəfərə hökm oxuyub və bu şəxslər Cinayət Məcəlləsinin 186 (əmlakı qəsdən məhv etmə ), 221 (xuliqanlıq), 228 (qanunsuz silah saxlama), 233 (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətlər), 234 (narkotik) və 315-ci (hakimiyyət nümayəndəsinə müqavimət və ya zor tətbiq etmə) maddələri ilə ittiham ediliblər.

Məhkəmə hökmünə əsasən, Müslüm Əzimov, Zaur Şəkərov 6 il, Fariz Kərimov, Abasət Süleymanov, Namiq Məstanov, Coşqun Bəgişov, Talib Ağamalıyev, Elçin Əliyev, Kamran Abdullayev və Nizami Qəniyev 4 il, Aydın Səfərli isə 2 il azadlıqdan məhrum edilib.

Hökmdən apellyasiya şikayəti verilib, ancaq şikayətə baxılması bir neçə aydır təxirə salınıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Trampın ilk keçmiş ABŞ prezidenti kimi cinayət məhkəməsi başlayıb
please wait

No media source currently available

0:00 0:12:13 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG