Aprelin 27-də vəkil Fuad Ağayev 2 saylı Cəzaçəkmə Müəssisəsində REAL Hərəkatının lideri İlqar Məmmədov ilə görüşüb.
F.Ağayev bildirib ki, onlar İ.Məmmədovun işi ilə bağlı Avropa İinsan Haqları Çəhkəməsinin (AİHM) qərarlarının icrasının vəziyyətini müzakirə ediblər.
"Saxlanma şəraiti əvvəlki kimidir, hələlik heç bir təzyiq yoxdur", vəkil qeyd edib.
Xatırladaq ki, İ.Məmmədov 2013-cü ildə İsmayıllıda baş vermiş etirazlardan sonra həbs edilib. Sonradan kütləvi iğtişaşların təşkili və polisə müqavimət ittihamları ilə 7 il azadlıqdan məhrum edilib.
AİHM İ.Məmmədova qarşı cinayət təqibinin qanunsuz olması barədə iki qərar qəbul etsə də hakimiyyət onu hələ də həbsdə saxlayır.