Accessibility links

BMT Hələblə bağlı növbədənkənar sessiya keçirib [Video]


Beynəlxalq ictimaiyyət Rusiyanı nüfuzundan istifadə etməklə Suriya hökumətini Hələbdə yol verdiyi vəhşilikləri dayandırmağa çağırıb. Son hesabatlara görə, Əsəd qüvvələrinin şəhərə daxil olmasından sonra əksəriyyəti qadın və uşaq olmaqla 80-dən çox adam öldürülüb. BMT-nin Təhlükəsizlik Şurası bununla bağlı növbədənkənar sessiya çağırıb.

ABŞ-ın BMT-dəki səfiri Samanta Pauer bildirib ki, Əsəd qüvvələri Hələbin şərqində evlərə daxil olaraq insanları qətlə yetirir.

"Əsər rejimi, Rusiya, İran və onlarla əlaqəsi ola silahlı qruplaşmalar BMT-nin insanlığa qarşı cinayət adlandığı əməllərə görə məsuliyyət daşıyır. Onlar heç bir mərhəmət nümyiş etdirmir.”

Suriya nümayəndəsi Bəşar Cəfəri dinc əhalinin öldürüldüyünü inkar edib.

"Mən BMT, Amerika, Fransa və Britaniyanın qondarma hesabatlarını və onların Suriya hökumətinin Hələbdə dinc əhaliyə divan tutduğuna dair iddialarını rədd edirəm."

Fransa səfiri Rusiyanı qan gölünə son qoymağa çağırıb.

Rusiyanın BMT-dəki səfiri Vitali Çurkin Hələbdə döyüşlərin dayandırıldığını və insanların evakusiya edilə biləcəyini deyib.

"Şəhərdə qalan əhali oranı tərk etməməlidir. Amma dağılmış şəhərdə qalmaq istəməyənlər oranı tərk edə bilər."

ABŞ rəsmiləri bildirir ki, Hələbin geri alınması Suriyanın vətəndaş müharibəsinin başa çatdığı demək deyil.

"Hələbin mühasirəsinə son qoyuması müharibənin bitməsi demək deyil."

ABŞ Dövlət Departamentinin sözçüsü Con Kirbi ABŞ-ın mövqeyini müdafiə edərək, Suriya münaqişəsinin yalnız hökumətlə müxalifət arasında müzakirələr yolu ilə həll ediləcəyini deyib. O, ABŞ-ın Suriya müharibəsindən əlini üzdüyünə dair iddiaları da rədd edib.

Kirbi deyib ki, Amerika Suriya müharibəsinin sülh yolu ilə həllinə dair beynəlxalq kampaniyaya rəhbərlik edir. O, rəsmi Dəməşqi Rusiya kimi müttəfiqlərinin yardımı ilə bu səylərə mane olmaqda günahlandırıb.

XS
SM
MD
LG