Accessibility links

Zeid Rəad Əl-Hüseyn: Hələbdə müharibə cinayətləri törədilir


BMT-nin insan hüquqları üzrə komissioneri Zeid Rəad Əl-Hüseyn Hələb şəhərinin bombalanmasının tarixi proporsiyada cinayət adlandırıb. O, 47 üzvü olan İnsan Hüquqları Şurasını Beynəlxalq Cinayətlər Məhkəməsinə müraciət etməyə çağırıb.

Zeid 5 il davam edən müharibədə 300 min suriyalının öldürüldüyünü, sayı bəlli olmayan bir çox insanın yaralandığını və travmalar aldığını deyib. İnsan hüquqları üzrə komissioner qədim şəhər olan Hələbin hücumlar nəticəsində viranə edildiyini bildirib.

​O, Rusiyanın adını çəkmədən Əsəd hökuməti və müttəfiqləri tərəfindən həyata keçirilən hücumlar nəticəsində Hələbin mülki əhalisinin məhv olduğunu vurğulayıb.

Zeid Rəad Əl-Hüseyn yol verilənləri müharibə cinayətləri adlandıraraq, məsullların beynəlxalq cinayətlər məhkəməsi qarşısına çıxarılmasına çağırıb.

XS
SM
MD
LG