Accessibility links

Hələbdən sakinlərin təxliyyəsi yenidən başlayıb


Suriyanın Hələb şəhərindən sakinlərin təxliyyəsinin yenidən başlaması ilə bağlı şənbə günü razılıq əldə edilib. Təxliyyə cümə günü hökumət qüvvələrinin Fova və Kfarya kəndlərinin sakinlərinin təxliyyə edilməsinə dair tələbi ilə bağlı dayandırılmışdı. Hər iki kəndin sakinləri şənbə günü yenidən başlayacaq təxliyyə prosesinə cəlb ediləcək.

Suriya hökuməti sakinlərin təxliyyə edilməsini Hələbdə partlayış və atışma ilə əlaqədar dayandırmışdı. Hökumət və üsyançılar bir-birini atəşkəsə dair razılığı pozmaqda günahlandırıb.

BMT-nin qaçqınlar üzrə komissiyaı Filippo Qrandi xəbərdarlıq edib ki, Suriyada müharibəyə son qoyulmasa, Hələbdə baş vermiş zorakılıqlar ölkənin başqa yerlərinə də yayıla bilər.

Müki əhalinin müdafiəsi naminə Suriyada münaqişə dayandırılmalıdır və bu, gecikmədən edilməlidir
Filippo Qrandi

"İnsanların öz yerlərini tərk etməsi və bu fəlakət dayandırılmasa, bunun başqa müharibələrdə təkrar olması riski mövcuddur. Müki əhalinin müdafiəsi naminə Suriyada münaqişə dayandırılmalıdır və bu, gecikmədən edilməlidir"-deyə onun verdiyi bəyanatda deyilir.

"Mülki əhali müzakirələrin girovu olmamalıdır"-deyə Filippo Qarandi əlavə edib.

Suriya hökuməti Hələbin üsyançıların nəzarətində olan hissəsindən sakinləri çıxaran yük maşınları və avtobusların geri qayıtmasını tələb edib. Əsgərlər təxliyyə üçün istifadə edilən şosse yollarını bağlayıb.

XS
SM
MD
LG