Accessibility links

Hələbdən son evakuasiyalar bərpa edilib


Hələbdən üsyançılar və mülki vətəndaşların son evakuasiyası bir gün gecikmədən sonra yenidən bərpa edilib. Hökümət və müxalifət gecikməyə görə bir-birini günahlandırırdı.

Britaniyada qərargahlanan Suriya İnsan Haqları Müşahidə qrupu bildirib ki, avtobuslar üsyançıları Hələbin dörd il öncə ələ keçirdikləri şərq hissəsindən çıxarmaq üçün hazır dayanıb.

Hələbin üsyançıların nəzarətində olan hissəsindən təxliyyənin başa çatması ilə şəhərin tam nəzarəti Suriya prezidenti Bəşar Əl-Əsədə keçir. Bu, ölkədə altı ildir sürən vətəndaş müharibəsində mühüm bir mərhələdir.

Evakuasiyalar Rusiya və Türkiyənin vasitəşiliyi ilə əldə olunan razılığa əsasən aparılır. Bu razılıqda həmçinin insanların üsyançıların mühasirəsi altında olan İdlib vilayətindəki iki kənddən çıxarılmasına çağırılır.

Rusiya xarici işlər naziri Sergey Lavrov Moskvada Türkiyə və İranın xarici işlər nazirləri ilə görüşdən sonra deyib ki, üç ölkə öz nüfuzundan istifadə edərək hazırda mövcud atəşkəsin uzadılması ilə bağlı razılığın əldə edib və bununla Suriyada altı ildir davam edən müharibənin sona çatdırılmasında əsas güclərə çevrilib.

Daha genişmiqyaslı atəşkəs İŞİD, Fətah Əl-Şam Cəbhəsi və Suriya hökumətini dəstəkləyən Hizbullah kimi militant qrupları əhatə etməyəcək.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Hələbdən 37 min insanın evakuasiya edildiyini, məqsədin isə çərşənbə gününədək bütün evakuasiyaların bitirilməsi olduğunu deyib.

Rusiya Türkiyədəki səfirinin Ankarada “Hələbi unutmayın” deyən insan tərəfindən öldürülməsindən sonra Suriya ilə bağlı səyləri intensivləşdirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG