Accessibility links

Ağ Evin tanınmış müxbiri Helen Tomas dünyasını dəyişib



Ağ Evin keçmiş müxbiri, Amerika prezidentlərinin fəaliyyətini təxminən 50 il ərzində işıqlandırmış Helen Tomas 92 yaşında dünyasını dəyişib.

Dosltları və həmkarları onun şənbə günü Vaşinqtondakı evində vəfat ediyini bildiriblər.

Helen Tomas jurnalist fəaliyyətinə kişilərin bu sahədə üstünlük təşkil etdiyi bir dövrdə başlamışdı. O, prezident Con Kennedidən başlayaraq, ABŞ-ın bütün prezidentlərinin fəaliyyətini işıqlandırmışdır.

ABŞ prezidenti Barak Obama deyib ki, Helen Tomas qadın jurnalistlərin bir neçə nəslinin nümayəndələri üçün qapıları açıb və məhdudiyyətləri aradan qaldıra bilmişdi.

Helen Tomas həssas məsələlərlə bağlı öz şəxsi fikrini bildirməkdən və hətta bütün ölkə boyu yayımlanan mətbuat konfranslarında prezidentlərə kəskin suallar verməkdən çəkinməyən jurnalist qadın kimi tanınırdı. Prezident Obama onun fəaliyyətinə yüksək qiymət verərək deyib ki, Helen Tomas demokratiyanın ölkə liderlərini cavavdeh tutmaq üçün onlara çətin suallar verdiyi zaman işlədiyinə inanırdı.

2010-cu ildə Helen Tomasın İsrailin Fələstindən çıxmalı olduğunu dediyi video yayımlanmışdı. Açıqlamaları ictimaiyyət tərəfindən tənqid edildikdən sonra o üzrxahlıq etsə də, Ağ Evin müxbiri kimi karyerasına son qoymşdu.

Helen Tomas Beynəlxalq Vahid Mətbuat informasiya agentiyi və Hearst media korporasiyasında çalışmışdır. Ağ Evdə keçirilən mətbuat konfransları adətən Helen Tomasın “Təşəkkür edirik, cənab prezident” sözlərilə bitirdi.

Ağ Evin mətbuat assosiasiyasının prezidenti Stiv Tomma Helen Toması jurnalistikada novator adlandırıb. O, 1975-1976-cı illərdə assosiasiyanın ilk qadın prezidenti olub.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG