Accessibility links

Azərbaycanın mövqeləri atəşə tutulub


Mayın 30-da gecədən başlayaraq, mayın 31-i səhərədək Ermənistan Silahlı Qüvvələrinin bölmələri iriçaplı silahlardan, o cümlədən 82 və 120 millimetrlik minaatanlardan istifadə edilməklə Azərbaycanın Ordusunun mövqelərini və cəbhənin Tərtər, Ağdam və Füzuli rayonları ərazisində bir sıra yaşayış məntəqələrini atəşə tutub.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatında deyilir.

Mətbuat xidməti bildirir ki, Silahlı Qüvvələrin şəxsi heyəti və mülki əhali arasında itki yoxdur.

Silahlı Qüvvələrin ön xətt bölmələrinin adekvat cavab tədbirləri nəticəsində erməni tərəfi susdurulub.

Müdafiə Nazirliyi xəbərdar edir ki, Ermənistan Silahlı Qüvvələri bölmələrinin bu cür təxribatları təkrarlanarsa, Azərbaycan Silahlı Qüvvələri uzaq məsafədəki hədəfləri vuran artilleriya sistemlərini tətbiq etməklə düşmən müdafiəsinin dərinliyindəki yaşayış məntəqələrini atəşə tutacaq.

XS
SM
MD
LG