Accessibility links

Türkiyə Azərbaycana hərbi gəmilərin yeni texnologiyalarını verəcək


Hərbi gəmi
Hərbi gəmi

Türkiyə Azərbaycana hərbi gəmilərin tikintisi, Hərbi Dəniz Qüvvələrinin (HDQ) müasirləşdirilməsi və yenidən qurulması texnologiyaları verməyə hazırdır. Bu barədə Anadolu Agentliyinə Savunma Teknolojileri Mühendislik ve Ticaret Şirkətinin baş direktoru Davud Yılmaz bildirib.

Bakıda keçirilən İkinci Beynəlxalq Müdafiə Sənayesi Sərgisində (ADEX-2016) o deyib: Biz Azərbaycan HDQ-yə nə lazım olduğunu bilirik və ölkənin bu yaxınlarda qurulmuş hərbi dəniz bazasının yenidən qurulmasında dəstək göstərməyə hazırıq. Bundan başqa, Azərbaycanın yeni hərbi gəmilərə ethiyacı var. Savunma Teknolojileri Mühendislik ve Ticaret Şirkəti Azərbaycandan HDQ-yə MİLGEM korvetləri ixrac edə bilər”, deyə Yılmaz bildirib. Onun sözlərinə görə, Azərbaycan tərəflə bu məsələ ilə bağlı danışıqlar 2,5 ildir davam edir.

Sərgi çərçivəsində Türkiyə HDQ üçün hazırlanmış sürətli patrul gəmiləri və korvetlər təqdim olunub. Həmçinin, Azərbaycan HDQ üçün işlənib hazırlana biləcək layihələr müzakirə olunub.

STM sürətli hərbi gəmilərin, o cümlədən MİLGEM korvetlərinin tikintisində ixtisaslaşır.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG