Accessibility links

Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclasının Protokolu imzalanıb


Azərbaycan-Türkiyə hərbi protokolu imzalanır

Bakıda keçirilən Azərbaycan-Türkiyə 10-cu Yüksək Səviyyəli Hərbi Dialoq İclası işini başa çatdırıb.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, hərbi dialoq çərçivəsində işçi qrupları Azərbaycan ilə Türkiyə arasında təhlükəsizlik, hərbi, hərbi-texniki, hərbi tibb, hərbi təhsil, hərbi sənaye və digər sahələrdə əlaqələrin geniş spektrini nəzərdən keçirib, qarşıda duran tapşırıqların yerinə yetirilməsi üçün əsas fəaliyyət istiqamətləri müəyyən edib.

Sonda Azərbaycan Müdafiə Nazirliyi ilə Türkiyə Respublikası Baş Qərargahı arasında Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclasının yekunlarına dair protokol imzalanıb.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG