Accessibility links

Rusiyanın iki hərbi gəmisi Bakıya gəlib


Rusiya hərbi gəmisi
Rusiya hərbi gəmisi

Oktyabrın 16-da Rusiyanın Xəzər Dəniz Donanmasının "Dağıstan" böyük raket gözətçi və "Qrad Sviyajsk" kiçik raket gözətçi gəmilərinin heyətinin Bakıya rəsmi səfəri başlayıb.


Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə hərbi orkestrin müşayiəti ilə sahilə yan alan Rusiya hərbi gəmilərini Azərbaycan Hərbi Dəniz Qüvvələrinin və Rusiya Azərbaycandakı səfirliyinin nümayəndələri qarşılayıb.


Səfər ərzində gəmilərin komandanlığı və şəxsi heyəti Azərbaycan Hərbi Dəniz Qüvvələri komandanlığı tərəfindən qəbul olunacaq və Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbindəki tədris prosesi ilə tanış olacaqlar.

Rusiyanın hərbi gəmisi
Rusiyanın hərbi gəmisi

Gəmi heyətinin proqram çərçivəsində mədəni və tarixi abidələrlə tanışlıq məqsədilə Bakı şəhərində gəzintisi, həmçinin futbol üzrə yoldaşlıq görüşünün keçirilməsi planlaşdırılır.

Səfər oktyabrın 19-dək davam edəcək.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG