Accessibility links

Hesabat: 2018 dünya futbol çempionatı Rusiya iqtisadiyyatına 14 milyard dollardan artıq gəlir gətirib


"Futbol üzrə 2018-ci il dünya çempionatı Rusiya iqtisadiyyatına 14 milyarddan artıq gəlir gətirib. Bu da ölkənin ümumdaxili məhsulunun (ÜDM) bir faizindən artığını təşkil edir." Bu rəqəmlər təşkilat komitəsinin dünya çempionatının iqtisadi, sosial və ekoloji təsirlərinə dair hesabatında göstərilib.

“Rusiya 2018” təşkilat komitəsinin baş direktoru Aleksey Sorokin dünya futbol çempionatına ev sahibliyi edəcək Qətərdə keçirilən konfransda bu haqda danışıb.

Arxiv fotosu-Samarada Kosmos stadionunun inşası
Arxiv fotosu-Samarada Kosmos stadionunun inşası

O, hesabatda göstərilən rəqəmlərin təəccüb doğurduğunu deyib.

Sorokinin hesalamalarına görə, dünya çempionatının Rusiyada 2013-2018-ci illər arasında ümumdaxili məhsuluna təsiri 952 milyard rubl (14.5 milyard ABŞ dolları, ya da 12.5 milyard avro) təşkil edib. Bu rəqəm Rusiyanın ümumdaxili məhsulunun 1.1 faizinin ekvivalentidir.

Arxiv fotosu-Rusiyada dünyda futbol kubokunun oyunlarının keçirildiyi stadionlardan biri-Volqoqrad stadionu ətrafında yağışdan sonra torpaq sürüşməsi
Arxiv fotosu-Rusiyada dünyda futbol kubokunun oyunlarının keçirildiyi stadionlardan biri-Volqoqrad stadionu ətrafında yağışdan sonra torpaq sürüşməsi

2018 dünya çempionatının təşkilat komitəsinin hazırladığı hesabata əsasən, idman tədbirinin Rusiyada keçirilməsi və buna hazırlıqlar sayəsində ölkədə təxminən 315 min iş yeri yaradılıb. Təşkilat komitəsi bunun Rusiya iqtisadiyyatına növbəti beş il ərzində təsiri olacağını bildirib.

Hələlik hesabatda göstərilən rəqəmlər müstəqil mənbələr tərəfindən təhlil edilməyib.

XS
SM
MD
LG