Accessibility links

ABŞ Şimali Koreyaya qarşı sanksiyalarla bağlı Çinə təzyiqlərini artıracaq


Amerika Birləşmiş Ştatlarının Birləşmiş Millətlər Təşkilatındakı səfiri Nikki Heyli bazar günü bildirib ki, ABŞ BMT-nin Təhlüksəzlik Şurasına Şimali Koreya ilə bağlı yeni qətnamə təqdim edəcək. O əlavə edib ki, bu qətnamə digər ölkələrin, xüsusilə də Çinin Pxenyanın nüvə və raket proqramlarını dayandırması üçün nəzərdə tutulan sanksiyalarla bağlı öhdəliklərini yoxlamaq imkanı verəcək.

Səfir Heylinin bu şərhi Şimali Koreyanın keçən həftə həyata keçirdiyi və iri nüvə başlığı daşımaq gücündə olduğunu bildirilən qitələrarası ballistik raket sınağından sonraya təsadüf edir.

ABŞ maliyyə naziri Stiven Mnuçin deyib ki, ABŞ prezidenti Donald Tramp çinli həmkarı Şi Tsinpinq ilə Şimali Koreya haqqında geniş müzakirə aparıb.

Hamburqda keçirilən G-20 sammitində çıxış edən Tramp qeyd edib ki, “Şimali Koreya bilir ki, nəticədə biz uğur qazanacağıq.”

Şimali Koreya ABŞ bombardmançılarının və qırıcı təyyarələrinin hərbi manevrlərinin regionda vəziyyəti daha da gərginləşdirdiyini və müharibəyə səbəb ola biləcək bir addım olduğu barədə xəbərdarlıq verib.

Dünyaya Baxış

Dünyaya Baxış. Trampın ilk keçmiş ABŞ prezidenti kimi cinayət məhkəməsi başlayıb
please wait

No media source currently available

0:00 0:12:13 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG