Accessibility links

Hillari Klinton Çin-ABŞ münasibətlərinin inkişafına çağırır


ABŞ Dövlət Katibi Şanxay sərgisindəki Amerika və Çin pavilyonlarına baxmış, əsasən çinlilərin olduğu izdihamlar tərəfindən hərarətlə qarşılınamışdır

ABŞ Dövlət katibi Hillari Klinton Çinə dörd günlük səfərinə iki ölkə arasındakı münasibətlərin yaxşılaşdırılmasına çağırışla başlayıb. Bu gün Şanxayda Dünya Ekspo sərgisini gəzən xanım Klinton çinli məktəb şagirdlərinə oyuncaq ayılar paylayıb. O, sərgidəki Amerika və Çin pavilyonlarına baxmış, əsasən çinlilərin olduğu izdihamlar tərəfindən hərarətlə qarşılınamışdır. Ekspo Mərkəzində Şanxay Kommunist Partiyasının katibi Yu Jenqşenqlə görüşündə Klinton bildirib ki, o müsbət təəssüratları özü ilə Pekinə aparacaq. Çin paytaxtındakı danışıqlar yəqin ki, Şimali Koreya tərəfindən Cənubi Koreya gəmisinin batırılması üzərində cəmləşəcək. Yaponiya xarici işlər naziri Katsuya Okada ilə birgə keçirdiyi mətbuat konfransında xanım Klinton Şimali Koreyanın bu əməlini “təcavüz aktı” adlandıraraq ABŞ-ın Yaponiya, Çin və Cənubi Korya ilə Çenoan-ın batırılması ilə bağlı məsləhətləşmələr apardığını söyləyib.

XS
SM
MD
LG