Accessibility links

Hillari Klinton 2016-cı il prezident seçkilərinə namizəddir [Video]


Hillari Klinton 2016-cı il prezident seçkilərinə namizəddir
please wait

No media source currently available

0:00 0:03:17 0:00

Hillari Klinton 2016-cı il prezident seçkilərinə namizəddir

67 yaşlı xanım Ağ Evə ikinci dəfədir ki, namizəd olur

Sabiq ABŞ dövlət katibi Hillary Clinton rəsmi olaraq 2016-ildə keçiriləcək prezident seçkilərinə namizədliyini irəli sürüb. O, Demokrat Partiyasının ən şanslı namizədi sayılır. Respublikaçılar isə artıq bir zaman senator eləcə də birinci xanım olan namizədi hədəf alırlar. 67 yaşlı xanım Ağ Evə ikinci dəfədir ki, namizəd olur.

Hillary Clinton sosial mediada video yerləşdirərək namizədliyini rəsmən açıqlayıb. Videoda adi vətəndaşların apardıqları mübarizələr və istəkləri əks olunub və Klinton onlara xidmət etmək istədiyini açıqlayıb.

Amerikalılara qəhrəman lazımdır və mən o qəhrəman olmaq istəyirəm
Hillari Klinton

“Amerikalılara qəhrəman lazımdır və mən o qəhrəman olmaq istəyirəm”.

Sabiq prezident Bill Clintonun xanımı diqqətini ölkə-daxili məsələlərə yönəldib.

“Amerikalılar çətin iqtisadi zamanlara qarşı mübarizə aparıblar, amma vəziyyət hələ də zənginlərin xeyrinədir.

Klintonun Barak Obamanın ilk prezidentlik dövründəki fəaliyyəti əsaslı sürətdə araşdırılacaq. Bunlara onun rəmi işlər üçün şəxsi email hesabından istifadə etməsi və 2012-ci ildə Benqazidə ABŞ-ın diplomatik kompleksinə hücumdan öncə Dövlət Departamentinin qəbul etdiyi qərarlar daxildir.

“Dörd amerikalı həlak oldu. Bunun səbəbi etiraz yoxsa bir neçə insanın axşam gəzintisinə çıxıb ameriakalı öldürmək qərarına gəlmələrimiydi? Artıq bunun nə fərqi var?

Hillari Klinton
Hillari Klinton

Respublikaçılar artıq reklamlarında Hillary Clintonun üslubunu qınayırlar.

“Hillary Clinton Vaşinqton maşının ən pis nümunəsidir. Buna güc, korrupsiya və ört-basdır etmək təkəbbürü, eləcə də maraqların ziddiyəti və faciəvi nəticələri olan uğursuz rəhbərlik daxildir”.

2012-ci ilin Respublikaçı namizədi Mike Huckabee:

“O, Obama administrasiyasına bağlıdır. Düşünmürəm ki, bu onun üçün müsbət bir haldır”.

Dövlət katibi John Kerry sələfini müdafiə edir:

“Dövlət katibi Hillary Clinton ötən illər ərzində zədələnmiş əlaqələri bərpa etmək üçün heyranedici işlər görüb”.

Cənab Obama da Clintonla bağlı fikrini bildirib.

Dövlət katibi Hillary Clinton ötən illər ərzində zədələnmiş əlaqələri bərpa etmək üçün heyranedici işlər görüb
Con Kerri

“O, çox görkəmli dövlət katibi idi. O, mənim dostumdur. Məncə o, çox gözəl prezident olar”.

“Düşünmürəm ki, email-lar və ya Benqazi böyük problem yaratsın”.

Siyasi təhlilçi Charlie Cook deyir ki, Hillary Clinton Amerikanın ən məşhur ictimai xadimlərindən biridir. Hələ ki, Demokratik partiyanın digər nazimədləri olmadığı üçün, Klintonun önündə təkrar olunmaz bir öhdəlik var.

“Hillary Klinton özünə qarşı yarışacaq. O, 21-ci əsrə uyğun olduğunu göstərməlidir. O, daha çox gələcək-yönümlü olmalıdır”.

Ən əsası isə o, öz ayaqları üzərində durmaldır, baxmayaraq ki, sabiq prezidentlə evlidir və Ukraynadan tutmuş Yəmənə kimi çətin məsələlərlə üzləşən hökümətə xidmət edib. Bazar günü Clinton özünü Vaşinqtondan narazı ictimaiyyətə və çox nadir hallarda üç ardıcıl dövrdə Ağ Evi eyni siyasi partiyaya təhvil verən seçicilərə yenidən təqdim etməyə çalışdı.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG