Accessibility links

Hillari Klinton terrorizmlə mübarizənin gücləndirilməli olduğunu deyib (Audio)


İstambulda “terrorizmlə mübarizə” mözusunda konfransda iştirak edən Birləşmiş Ştatların dövlət katibi Hillari Klinton Afrika və Yaxın Şərqdə terror təhlükələrinin beynəlxalq kəşfiyyat xidmətləri və hüquq-mühafizə orqanları arasında daha artıq koordinasiya tələb etdiyini deyib. Xanım Klinton 2001-ci ildə Birləşmiş Ştatlara hücum edən Əl-Qaidənin zəifləməsinə baxmayaraq, terrorçuların coğrafi cəhətdən daha geniş ərazilərdə yayılmasına görə təhlükənin hələ də qaldığını bildirib. “Terrorçular Mali, Somali və Yəməndə məskunlaşıb. Onlar Nigeriyada və Məqrib bölgələrində hücumlar həyata keçirir. Burada, Türkiyədə də PKK on minlərlə insanın həyatına son qoyan terrorçuluq və zorakılıq kampaniyasnı davam etdirir” - deyə, xanım Klinton bildirib.

Xanım Klinton terrorizmlə mübarizədə beynəlxalq kəşfiyyat və hüquq-mühafizə orqanlarının, diplomatiya və humanitar yardım təşkilatlarının əməkdaşlıq etməli olduğunu deyib. “Terror şəbəkələrini məğlub etmək üçün biz terrorçuların döyüş meydanında aradan götürülməsindən əlavə çox iş görməliyik. Biz onların maliyyə mənbələrinə, sıralarına yeni qüvvələrin cəlb edilməsinə və məskunlaşdığı yerlərə hücum etməliyik. Biz onların ideologiyasının qarşısını almalıyıq və onun gənclərə təsir gücünü azaltmalıyıq. Qadınlar üçün şəraiti yaxşılaşdırmalıyıq, çünki onların təhlükəsizliyi cəmiyyətlərin təhlükəsizliyinin əsasında durur. Biz eyni zamanda bu mübarizəni aparmaq üçün siyasi iradəsi olan ölkələrin potensialının gücləndirilməsinə kömək etməliyik.”

ABŞ Dövlət katibi deyib ki, vətəndaşların Əl-Qaidənin dəyişikliyin yeganə yolu kimi təblig etdiyi nifrət və dağıntılar haqda ritorikaya əl atmadan, daha məsul hökumətlər və daha geniş iqtisadi islahatlar tələbilə Şimali Afrika və Yaxın Şərqiə keçirdiyi etiraz nümayişləri ekstremist ideologiyasına böyük zərbə vurmuşdur.

“Hal-hazırda, keçid dövrü regionda terrorrizmlə mübarizə üsullarının dəyişilməsi və yaxşalışdırılması üçün daha artıq potensial var” – deyə, xanım Klinton bildirib.

Xanım Klinton deyib ki, məqsədə çatmaq üçün istifadə edilən imkanlara həmişə haqq qazandırmaq mümkün deyil. O, vətəndaşların təhlükəsizliyi adı ilə işgəncə və pozuntulara bəraət qazandırılmasının səhv olduğunu deyərək, bunun fundamental insan hüquqlarının pozulması olduğunu və radikalizmə yol açdığını deyib.

XS
SM
MD
LG