Accessibility links

Prezidentlərin hind quşlarını əfv etməsi uzun tarixə malik ənənədir [Video]


Ağ Evdə Amerika prezidentləri tərəfindən hər il keçirilən hind quşlarının əfv edilməsi mərasimi Şükranlıq bayramı ərəfəsində baş verən ən maraqlı ənənələrdəndir. Deyilir ki, bu ənənənin əsası Linkolnun prezindetliyi dövründə qoyulub.

Şükranlıq bayramında hind quşunu əfv edilməsi ənənəsinin necə başladığı haqqında müxtəlif hekayələr var. Ağ Ev Tarixi Assosiasiyasının baş tarixçisi Edvard Lengel deyir ki, bu hekayələrin bəziləri Amerikanın vətəndaş müharibəsi dövrü və Abraham Linkoln ilə əlaqəlidir.

“Abraham Linkolnun Ted adlı oğlu var idi. Atası ilə tez-tez zarafatlaşan Ted bir hind quşunun qayğısına qalırdı. Həmin hind quşu 1864-cü ildə seçki qutusu yaxınlığında gəzişirdi. Abraham Linkoln bunu görəndə soruşmuşdu ki, nə üçün o buradadır? Səs verməyə gəlib?”

Ted isə cavab verdi ki, hind quşu səs verə bilməz, çünkü hələ çox gəncdir.

“Bu səbəblə Abraham Linkoln hind quşunu əfv etdi və onu Şükranlıq masası üçün kəsilməsi ehtimalından azad etdi.”

1940-cı illərdə, Harri Truman prezident olanda o, Şükranlıq hind quşlarını azadlıq bəxş edirdi. Üstündən təxminən 20 keçəndən sonra, prezident Con Kennedi Ağ Ev Şükranlıq masası üçün gətirilmiş hind quşunun həyatını xilas edəndə bu sözləri deyir: “Düşünəm ki, mən bu hind quşunu əhv edəcəm ki, o böyüsün.”

“Biz bilirik ki, Con Kennedi bu ənənəni başlatdı. Belə ki, o andan bəri bu ənənə davam edir.”

Ağ Ev hind quşlarını Milli Hind Quşu Federasiyasının köməkliyi ilə əldə edir.

“Ağ Evin rəsmi hind quşu qəbulu mərasimi var. Bildiyim qədərilə, bunu mərasim şəklində ilk dəfə Harri Truman edib.”

Alınan hind quşları əfv edilir və əksər hallarda yaxınlıqdakı zooparklara göndərilir. Amma prezidentin şükranlıq masası üçün kəsilən hind quşu onun öz pulu ilə alınır və birinci ailənin qida zövqünə müvafiq seçilir.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG