Accessibility links

Hindistanın batareya istehsal edən zavodunda yanğın olub


Cümə axşamı Hindistanın paytaxtındakı batareya istehsal edən zavodda baş verən yanğı zamanı bir yanğınsöndürən ölüb, 19 nəfər yaralanıb.

Yanğınsöndürənlərin dediyinə görə, Yeni Dehlinin qərbindəki Pira Qarhi bölgəsində yanan binanın dağıntıları altından 3 nəfər xilas edilib.

Əraziyə 35 yanğınsöndürən maşının göndərildiyi və yanğının söndürülməsi 10 saatdan çox vaxta başa gəldiyi bildirilib.

Dehli ştatının yüksək səviyyəli rəsmisi Arvind Kejrival Tweeter səhifəsində yaralanan yanğınsöndürənlərdən birinin öldüyünü yazıb.

Yanğınsöndürmə idarəsinin nəzarət otağından verilən məlumata görə, əməliyyat zamanı 18 yanğınsöndürən yaralanıb və onlardan biri sonradan xəstəxanada ölüb.

Binanın zirzəmisində baş verən yanğın zamanı bir təhlükəsizlik işçisi də yaralanıb.

Polis xilasetmə işlərinin bitdiyini bildirib.

Polis yanğının səhər saat 4 radələrində başladığı zaman binanın içərisində işçilərin olmadığını deyib.

XS
SM
MD
LG