Accessibility links

Hindistanda azı 18 fili ildırım vurub


Hindistanın Təbiəti Mühafizə rəsmiləricümə axşamı günortadan sonra azı 18 fili ildırımın vurub öldürdüyünü deyir, lakin bəzi mütəxəssislər heyvanların Hindistanın şimal-şərqindəki Assam ştatında vəhşi təbiət qoruğunda zəhərləndiklərini düşünür.

Yerli sakinlərin dediyinə görə, ştatın ən böyük şəhəri Quvahatidən təxminən 150 kilometr şərqdə, ştatın Nagaon bölgəsindəki Kondali meşə qoruğunda fil cəsədləri aşkar edilib və meşə idarəsinin işçilərinə xəbər verilib. Bəzi yerli qoruq işçiləri bölgədə ağacların yandığını bildirib ki, bu da onların filləri də ildırımın vurduğu nəticəsinə gəlməsinə səbəb olub.

Vəhşi təbiət mütəxəssisləri cümə günü hadisə yerini araşdırmaq üçün Kondali qoruğuna gedib. Assam Meşə naziri Parimal Suklabaydya indiyə qədər bölgədə buna bənzər bir halın şahidi olmadığını deyib.

Nazir ölümün səbəbini müəyyənləşdirmək üçün filllərin cəsədlərinin məhkəmə-tibbi ekspertizaya göndərildiyini və tam araşdırma aparıldığını bildirib.

Nature's Beckon qrupundan vəhşi təbiətin qorunmasının müdafiəçisi Sumyadip Dalta Fransa xəbər agentliyinə bildirib ki, o, sosial mediada gördüyü şəkillərə əsasən fillərin ildırım nəticəsində öldüyü ehtimalının aşağı olduğunu düşünür. O, fillərin zəhərlənmə ehtimalının daha yüksək olduğunu bildirib.

Hindistanda təxminən 27 000 Asiya fili yaşayır ki, bu da dünyadakı Asiya fili əhalisinin 50 faizindən çoxu deməkdir. Onlardan 6000-nin Assam ştatında yaşadığı güman olunur.




XS
SM
MD
LG