Son vaxtlarda Hindistanda fəsil yağışlarının törətdiyi daşqınlar təxminən 109 nəfərin ölümünə və iki milyon insanın evlərindən didərgin düşməsinə səbəb olub.
Brahmaputra çayı və onun qolları leysan yağışlarından sonra məcrasından çıxaraq minlərlə ev, yol, körpü və elektrik xətlərini sıradan çıxarıb.
Assam vilayətində sakinlər hökuməti səriştəsizlik və korupsiyada ittiham edib. Onlar deyir ki, rəsmilər çayın bölgə boyu məcrasını möhkəmləndirsəydilər zərərin qarşısı alına bilərdi.
Hindistanın baş naziri Manmohan Sinqh hökumətin hadisədən zərər çəkmiş hər bir ailəyə təzminat verəcəyini deyib.