Accessibility links

Hindistan Kəşmirində hərbi qüvvələr etirazçılara atəş açıb


Artıq iki aydır 55 nəfərin ölümü ilə nəticələnən edən etiraz aksiyalarının qarşısının alınması məqsədi ilə bölgədə qadağa saatı elan edilib

Bu gün təhlükəsizlik qüvvələrinin Hindistan Kəşmirinin bir neçə yaşayış məntəqəsində etirazçılara qarşı açdığı atəşlər nəticəsində 4 nəfərin qətlə yetirildiyi xəbər verilir. Ölənlər arasında Kupvara vilayətinin Trehqam şəhərinin sakininin, 17 yaşlı bir gəncin də olduğu deyilir. Şimalda isə hərbi qüvvələrin etirazçılara qarşı gözyaşardıcı qazdan və odlu silahlardan istifadə etdikləri zaman 65 yaşlı bir kişinin öldürüldüyü bildirilir. Yürüşlərdə iştirak edənlərdən bəzilərinin də yaralandığı xəbər verilir.

Hindistan Kəşmirində artıq iki aydır 55 nəfərin ölümü ilə nəticələnən edən etiraz aksiyalarının qarşısının alınması məqsədi ilə bölgədə qadağa saatı elan edilib.

XS
SM
MD
LG