Accessibility links

Meksika koronavirusdan ölənlərin sayına görə İtaliyanı keçib


Hindistanda koronavirusa yoluxma hallarının sayı bir gündə rekord həddə çatdığı, ABŞ-da yoluxmalar sürətlə artmaqda davam etdiyi bir vaxt, Meksika COVID-19-dan ölənlərin sayına görə İtaliyanı keçib.

Hindistanın səhiyyə işçiləri bazar ertəsi son 24 saat ərzində 28 min 701 yeni təsdiqlənmiş yoluxma halının qeydə alındığını bildirib. Hazırda bu ölkə yalnız ABŞ və Braziliyadan sonra gəlir və bir neçə ştatın rəsmiləri virusun yayılmasını qarşısını almaq üçün məhdudiyyətləri yenidən tətbiq etməyə başlayıb.

Bazar günü Meksikanın Səhiyyə Nazirliyi ölkədə ölənlərin sayının 35 min 006 nəfərə çatdığını bildirib və ən yüksək ölüm halları ilə dünyada dördüncü yerə çıxıb. Nazirlik insanlara sosial məsafə saxlamaq, maska taxmaq və əlləri yumaq kimi tədbirlərin gərək olduğunu bir daha xatırladıb.

Meksika prezidenti Andres Manuel Lopez Obrador ölkədə yoluxma hallarının intensivliyini itirdiyini və yoluxanların sayının ölkənin dörddə birində daha sürətlə deyib. O, həm insanların özlərini qorumalarının, həm də iqtisadiyyatı inkişaf etdirmələrinin vacibliyini vurğulayıb.

ABŞ-ın Florida, Texas, Luiziana və Arizona ştatları da daxil olmaqla, bir çox ştatda yoluxma artdığına görə, bazar günü 60 mindən çox yeni yoluxma qeydə alınıb.

ABŞ-ın yüksək səviyyəli səhiyyə rəsmisi xalqı COVID-19-ın yayılmasının qarşısını almaq üçün ictimai yerlərdə maska taxmağa çağırsa da, bunun ümummilli mandat olduğunu deməyib.

Prezident Donald Trampın ilk dəfə ictimai yerdə maska taxdığını görəndən bir gün sonra ölkənin baş cərrahı Ceromi Adams CBS kanalında çıxışı zamanı maska taxmağın "böyük qardaş" yanaşması deyil, insanların üzlərini örtməyin nə üçün vacib olduğunu bilmələrinin mühüm olduğunu deyib.

ABŞ prezidenti Donald Tramp şənbə günü Vaşinqton yaxınlığındakı Uolter Rid hərbi hospitalında müalicə alan Amerika hərbçilərini ziyarət edərkən ilk dəfə olaraq maska taxıb.

XS
SM
MD
LG