Accessibility links

Hindistan "millət atası" Mahatma Qandinin anadan olmasının 150 illiyini qeyd edir


Hindistanın baş naziri Narendra Modi çərşənbə günü Delhidə "millətin atası" Mahatma Qandinin anadan olmasının 150 illiyinə həsr olunmuş mərasimdə iştirak edib.

Siyasi xadimlərlə yanaşı Mahatma Qandiyə ehtiramını bildirmək üçün onun abidəsini məktəb uşaqları və ictimaiyyət də ziyarət edib.

Oktyabr ayında Hindistanda yalnız Gandinin doğum günü deyil, eyni zamanda Qandinin həyatı boyu zorakılığa qarşı mübarizə apardığı "Beynəlxalq Zorakılıqsızlıq Günü" qeyd edilir.

1869-cu ildə anadan olan Mahatma Qandi Hindistanın müstəqilliyi uğrunda mübarizədə əsas rol oynayıb. O, Hindistanı qeyri-zorakı bir yolla Briyaniya müstəmləkəsindən qurtardıqdan bir neçə ay sonra, 1948 ilin yanvar ayında bir hindli mühafizəkar tərəfindən öldürülüb.

Hökumət rəsmiləri Dehli yaxınlığında Qandinin xatirəsinə simvol kimi plastik tullantılardan ibarət 1650 kq-lıq iplik düzəldib. Qandi hindlilərin müstəqil və özünəinam jesti olaraq, öz paltarlarını iplik təkərindən istifadə edərək toxuyardı.


Şərhlərə bax

XS
SM
MD
LG