Accessibility links

Hindistanın baş naziri sualtı qayıqda həlak olan 18 dənizçinin xatirəsini anıb


Hindistanın baş naziri sualtı qayıqda həlak olan 18 dənizçinin xatirəsini anıb. Müstəqiliik günü münasibəti ilə Dehlidə təşkil edilən mərasimdə Manmohan Sinq partlayış və yanğından xilas ola bilməyən hərbi dəniz donanması əsgərlərini cəsur adlandırıb.

Dünən dalğıclar sualtı qayıqda ilişib qalanları xilas etmək üçün qayığın qapısını açmağa nail olsalar da, dənizçiləri tapa bilməyib. Hərbi dəniz donanması admiral D.K.Coşi dünən müxbirlərə bildirmişdi ki, ümid edirik, lakin ən pis nəıticəyə hazırıq.

Bu qəza Hindistanda 1971-ci il Pakistanla müharibə zamanı gəmisinin batmasından bəri ən ağır faciədir.

Sindhurakshak gəmisindəki yanğın Hindistanın ilk istehsalı olan nüvə sualtı qayığının istifadədə verildlyini elan etmısindən bir neçə gün sonra baş verib.
XS
SM
MD
LG