Hindistanın şimal Uttrakand ştatında Qanq çayı sahilində keçirilən dini mərasim zamanı yaranan basırıq nəticəsində 16 adam həyatını itirib. Hadisə Hindu monastırına üz tutan minlərlə zəvvarın biri-birini itələməsi ilə yıxılmaları nəticəsində baş verib. Bir çox adamın yaralandığı bildirilir. Basırıq hinduizmin müqəddəs şəhəri, Dehlidən 175 km-lik məsadəfə yerləşən Haridvarda baş verib.