Hindistanın Mərkəzi Təhqiqat Bürosu ölkənin təbii ehtiyatlarla zəngin Karnataka vilayətində mədən sənayesi oliqarxı olan sabiq siyasətçini həbs edib.
Canardana Redi bu gün səhər federal agentlər tərəfindən həbs edilib. Agentlər eyni zamanda ailə biznesi olan Obulapuram mədən şirkətinin direktoru və Redinin qohumu Srinivas Redi həbs edib.
Rəsmilər onların şirkətinin Andra Pradeş vilayətindəki mədəndə qanunsuz qazma işləri apardıqlarına görə həbs olunduqlarını deyirlər.