Accessibility links

Hindistanda oksigen çatışmazlığı davam edir


Hindistanda oksigen çatışmazlığı davam edir
please wait

No media source currently available

0:00 0:01:45 0:00

Hindistanın paytaxtı Dehlidə çərşənbə günü krematorilər cəsədlərlə dolu idi. Eyni zamanda isə koronavirusdan əziyyət çəkən insanların qohumları həyat qurtaran oksigen balonlarını doldurmağa çalışırdı. Yan-yana quraşdırılmış meyit yandırmaq üçün nəzərdə tutulan alətlərdən tüstü çıxır, ailə üzvləri isə cənazə ənələlərini yerinə yetirirdi.

Ailələr sevdikləri ilə vidalaşır, cənazə işçiləri isə meyitləri yandırmağa hazırlaşır.

Çərşəbə gününə olan məlumata görə, koronavirus Hindistanda 226,000 insanın ölümü ilə nəticələnib, yoluxanların sayı isə 20.6 milyonu keçib.

Yoluxmaların artması fonunda oksigen tədarükü az olaraq qalır.

"Mən buraya qohumun üçün oksigen balonunu doldurmağa gəlmişəm. Mən səhər saat 5-dən bəri buradayam. Hələ ki, heç nə olmayıb. Mən bir oksigen balonu almağı ümid edirəm, amma bir çoxları buranı məyus şəkildə tərk edir," Akşay deyib.

"Mən dünən səhər saat dörddən bəri buradayam. Bir gün və bir gecə keçib. Onlar deyir ki, 50 balon paylanacaq. Onlar 100 sənəd yoxlayırlar, onların 90-nı rədd edib, 10-nu qəbul edirlər," koronavirus xəstəsinin qohumu Şahnəvaz bildirir.

Tələb olunan sənədlərə COVID testinin nəticələri, tibb işçisinin yazdığı resept və şəxsiyyət vəsiqəsi daxildir.

Çərşənbə günü yüksək instansiyalı məhkəmə Hindistan hökumətinə Dehli xəstəxanalarının oksigen tələblərini necə qarşılayacağına dair plan təqdim etməsinə göstəriş verib.

Yüksək vəzifəli elmi müşavir, həmçinin Hindistan hökumətinə xəbərdarlıq edib ki, hazırkı yoluxma dalğasından sonra ölkənin yeni yoluxma dalğası ilə üzləşməsi qaçılmazdır.

"Virusun hazırdakı yoluxma sürətini nəzərə aldıqda üçüncü faza qaçılmazdır. Lakin bu üçüncü fazanın nə zaman baş verəcəyi aydın deyil. Ümid edirik ki, bu tədricən olar, amma biz yeni dalğalara hazır olmalıyıq,” Hindistan hökumətinin elmi müşaviri K. Vicat Raqavan bildirib.

İnsanlar vaksin üçün növbəyə durmağa davam edir, amma 1.4 milyard əhalisi olan Hindistan indiyədək 160 milyon vaksin tətbiq edib. Peyvənd çatışmazlığı isə vaksinasiya kampaniyasını sürətləndirmək səylərinə əngəl törədib.

XS
SM
MD
LG