Accessibility links

Hindistanda qəzaya uğramış təyyarənin qara qutusu tapılıb


Hindistan hökumətinin xahişi ilə ABŞ Milli Nəqliyyat Təhlükəsizliyi Komissiyası təhqiqat qrupu göndərib

Təhqiqatçılar Hindistanın cənubunda qəzaya uğramış təyyarənin qara qutusunu tapıblar. Dünən baş vermiş və 158 nəfərin ölümü ilə nəticələnmiş qəza son on il ərzində Hindistanda ən ağır təyyarə qazasıdır. Qəza zamanı 8 nəfərin sağ qaldığı bildirilir. Boeing 737-nin qara qutusunun aşkarlanması təyyarənin Manqalor hava limanına enən zaman nə üçün uçuş zolağında qəzaya uğramasına aydınlıq gətirmək üçün vacibdir. Times of India qəzetinin məlumatına görə, Hindistan hökumətinin xahişi ilə ABŞ Milli Nəqliyyat Təhlükəsizliyi Komissiyası təhqiqat qrupu göndərib. Qəzanın baş vermə səbəblərini araşdırmaq üçün Boeing şirkəti də hadisə yerinə öz mütəxəssislərini göndərib.

XS
SM
MD
LG