Accessibility links

Hindistanda yoluxma hallarının artdığı şəraitdə daxili uçuşlar bərpa edilib


Hindistan iki aydan sonra məhdudiyyətlərin tədricən azaldılmasına qərar verdikdən sonra bazar ertəsi ölkə daxilində uçuşlar bərpa edilib. Hava yollarının ekipaj üzvləri təyyarələrə qoruyucu geyimdə, sərnişinlər isə maskalarda gəlib.

Hava yolları xidmətlərinin açılması xaos və çaşqınlıqla müşayiət olunub. Belə ki, Mumbay kimi qaynar nöqtələrdə uçuşlara məhdudiyyət tətbiq edilən Mahararaştra kimi ştatlarda bir çox sərnişin hava limanlarına gedərək, çok sayda uçuşun ləğv edildiyinin şahidi olub.

Bazar günü koronavirusa yoluxma sayı rekord dərəcədə artan Hindistan İranı arxada qoyaraq, dünya ölkələri arasında yoluxmaların sayına görə 10-cu yerə çıxıb.

"İqtisadiyyatın açılması ilə yoluxma halları artacaq. Lakin bu göstərilən rəqəmlərdən narahat olsaq da, panikaya ehtiyac yoxdur. Təcrid Hindistana pandemiya ilə mübarizə aparmaq üçün vaxt verdi” - deyə, Hindistan İctimai Səhiyyə Fondunun eksperti Racmohan Panda bildirib.

Koronavirusun yayılmasının qarşısını almaq üçün Hindistan martın sonlarında bütün daxili və beynəlxalq uçuşları dayandırmışdı. Pandemiya nəticəsində tənəzzülə uğramış iqtisadiyyatı canlandırmaq üçün ölkə tədricən səyahətləri bərpa edir və müəssisələrin yenidən açılmasına imkan verir.

Təyyarə uçuşları indi əvvəllə müqayisədə tamamilə fərqli bir təcrübədir. Bəzi sərnişinlər bunun narahatlıqlara səbəb olduğunu, bəziləri isə belə sərt tədbirlərin səyahətə çıxmaq üçün güvən verdiyini deyib.

Sərnişinlər hava limanına uçuşdan azı iki saat əvvəl gəlməli, yükləri dezinfeksiya olunmalı, təhlükəsizlik işçilərinin sosial məsafə normalarını ciddi şəkildə tətbiq etmələrinə baxmayaraq, qızdırma müayinəsindən keçməlidir. Bütün bunlardan əlavə, sərnişinlərin telefonlarında hökumətin COVID-19-u izləmə tətbiqinin də olduğu təsdiqlənməlidir. Bəzi sərnişinlərə virusdan qorunmaq üçün əlavə qoruyucuıar verilib.

Bir neçə ştat gələn sərnişinlərin məcburi olaraq karantindən keçməli olduqlarını bildirib.

Bazar günü 6.777 yeni yoluxma halının təsdiq edilməsindən sonra Hindistanda koronavirusa yoluxanların sayı 138.845-ə çatdı. Bu, 13 gün əvvəlki rəqəmdən təxminən iki dəfə çoxdur. Ölkədə koronavirus nəticəsində 4000-dən çox insanın öldüyü bildirilib.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG