Accessibility links

Hindistanda qripin qarşısının alınması üçün quşların məhvi prosesinə başlanıb


Hindistanın cənub ştatı quş qripi kimi də tanınan qrip xəstəliyinin qarşısını almaq üçün quşların məhvi prosesinə başlayıb.

Bazar günü Kerala vilayətində tədbirlər keçirilib.

Ümumdünya Səhiyyə Təşkilatının bəyanatında "quş qripi virusu normal olaraq quşlar arasında yayılır. Lakin bu virusların bəzi növlərinin insanlara yoluxduğu aşkar edilib. Quş qripi insanlara yoluxduqda simptomlar yüngül yuxarı tənəffüs yoluxucu xəstəlikləyindən (qızdırma və öskürək) şiddətli sətəlcəmə qədər kəskin ola bilər. Xəstələnənlər arasında tənəffüs çətinliyi sindromu (nəfəs almaqda çətinlik), şok və hətta ölüm halları ola bilər" - deyə, bildirilib.

"Vulayət rəsmiləri xəstəliyi və mənbəyini məhv etmək qərarına gəlib" - deyə, Kerala Baytarlıq və Heyvan Elmləri Universitetinin dosenti Əbdül Munir Reuters agentliyinə bildirib.

Əsasən toyuqlar olmaqla, minlərlə quş məhv edilməlidir.

Şərhlərə bax

XS
SM
MD
LG