Accessibility links

Hirosima nüvə hücumundan 73 il keçir


Yaponiyanın Hirosima şəhər meri ABŞ-ın şəhərə necə silahı atmasının 73-cü ildönümü millətçiliyin dünyada sülhə hədə olduğunu bildirib.

Kazumi Matsui Milli Sülh Memorialındakı çıxışı zamanı deyib ki, bəzi ölkələr İkinci Dünya Müharibəsindən sonra azalan gərginlikləri artıqmağa çalışır. O əlavə edib ki, bəzi ölkələr nüvə silahları istehsal etməklə yanaşı, eqosentrik millətçilik nümayiş etdirir.

Matsui Yaponiyanı nüvə silahlarının ləğvində aparıcı rol oynamağa çağırıb.

Nüvə silahlarından müdafiə sazişində yer almayan Yaponiya ABŞ-ın “nüvə çətiri” adlandırdığı müdafiəsi altındadır.

Amerikanın Yaponiyanın Hirosima və Naqasaki şəhərlərinə nüvə hücumları bəşər tarixində nüvə silahının hərbi məqsədlə tətbiq olunduğu ilk və yeganə nümunədir.

Hirasimoda 170 mindən çox insan həlak olmuşdu.

İkinci Dünya Müharibəsinin sonuna doğru ABŞ Silahlı Qüvvələri tərəfindən hücumlar Yaponiyanın kapitulyasiyasını sürətləndirmək məqsədilə həyata keçirilmişdi.

1945-ci ilin avqust ayının 6-da ABŞ nüvə bombasını Yaponiyanın Hirosima şəhərinə atmışdı.

XS
SM
MD
LG