Accessibility links

ABŞ-ın baş prokuroru Erik Holder istefa verir


ABŞ-ın baş prokuroru Erik Holder 6 illik vəzifə müddətindən sonra istefa verir.

Ədliyyə Nazirliyinin bildirdiyinə görə, Holder dərhal istefaya çıxmayacaq. Onun dediyinə görə, baş prokuror yerinə başqası təyin edilənədək vəzifəsində qalacaq.

Erik Holder ilk qaradərili baş prokuror kimi 2009-cu ildə Barak Obmanın prezident seçilməsindən sonra vəzifəsinə başlayıb.

Ağ Ev bildirir ki, Obama Holderin yerinə kimin təyin ediləcəyini yaxın zamanda elan etməlidir.

XS
SM
MD
LG